Minskdən İrəvana cavab: "Azərbaycan "Polonez"lərin yeni partiyasını əldə edəcək"

2019/05/4-1557320738.jpg
Oxunub: 7136     17:43     08 May 2019    
Ermənistanın Xarici İşlər Nazirliyində yenidən Azərbaycanla Belarus arasındakı sıx hərbi-texniki əməkdaşlığa üzülərək "vacib şeylər haqqında köhnə mahnını" oxudular. Ermənistanın Xarici İşlər nazirinin müavini Qriqor Hovhannisyan bugünkü brifinqdə bildirdi ki, Ermənistan tərəfi Azərbaycanın Belarusdan "Polonez" komplekslərinin alınması ilə bağlı məlumatları öyrənir.

"Təsdiq edilərsə Ermənistan mənfi və dost olmayan reaksiya göstərəcək. Bu yalnız Belarusla deyil, həm də "Polonez" komplekslərinin yaradılmasında iştirak edən bütün ölkələrə aiddir ", - deyə Hovhannisyan qeyd edib.

Tanınmış belaruslu hərbi ekspert Aleksandr Tixanski Ordu.az-a açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavininin sözügedən bəyanatına cavab verib.

O qeyd edib ki, burada YARS satınalmalarının davam etdirilməsi məsələsi müzakirə olunur - böyük ehtimalla digər bir "Polonez" divizionunun satın alınmasından söhbət gedir.

""Polonez"in Azərbaycana satışı öncədən erməni tərəfindən KTMT-də müttəfiqi olan Belarus Respublikasının qeyri-dost addımı kimi qəbul edilib. Bütün tərəflər yaxşı anlayırdılar ki, əgər Ermənistanda "İsgəndər" OTRK mövcuddursa, onda hərbi-texniki balansı qorumaq üçün Belarus "Polonez" sistemini Azərbaycana tədarük edəcək. Belarusdan digər bir YARS divizionunun alınmasının gözlənilməsi yenilik deyil, bu, iki ölkə arasındakı ikitərfli hərbi-texniki əməkdaşlığın davamıdır.

Mən Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Hovannisyanın brifinqdə Ermənistanın Minskin hərəkətlərinə dair qiymətləndirməsinə dair suala cavab verərkən "Ermənistanın mənfi və dost olmayan reaksiya göstərəcək" sözlərinə diqqət yetirmək istəyirəm.

Diplomatlara belə ifadələrdən istifadə etmək, xüsusilə də "qeyri-dost" aksiyası ilə təhdid etmək yaraşmaz. Biz "Polonez"lərin ilk partiyasının çatdırılması dövründə bununla rastlaşmışıq. Buna görə də, bunu hərbi balans məsələlərini hələ dəqiqləşdirməyən Ermənistanın yeni hökumətinin mövqeyinin ifadəsi kimi qəbul edəcəyik ", - deyə A. Tixanski bildirib.

T.T.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belarus   Polonez  


Bizi "telegram"da izləyin