Etirazçı erməni əsgər anaları: "Bu növbəti toz üfürmədir"

2019/03/1223_-1551430917.jpg
Oxunub: 14107     12:58     01 Mart 2019    
"Bu növbəti toz üfürmədir və bu komissiya da hər hansı cinayətin üstünü açmayacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökumət binasının qarşısında dinc şəraitdə orduda ölən hərbçilərin anaları təkrarən etiraz aksiyası keçiriblər.

Onlar ilkin araşdırma orqanı tərəfindən yaradılan komissiyanın apardığı cinayət işlərinin istintaqından narazıdırlar.

Xatırladaq ki, keçən həftə məlum oldu ki, yaxın günlərdə orduda dinc şəraitdə olən hərbçilərlə bağlı 5 qalmaqallı cinayət işinə yenidən baxılacaq.

Məsələ ilə bağlı Ermənistan İstintaq Komitəsi və 10 ictimai hüquq müdafiəçisi təşkilatı razılaşma imzalayıb. Qara geyimli analar adlandırılan erməni hərbçilərinin şikayətçi anaları bütün cinayət işlərinin ayrılmadığına görə narazıdırlar.

Yenidən araşdırılması üçün ayrılan 5 cinayət işindən yalnız iki hal illərdir hökumət binası qarşısında etiraz edən Nana Muradyan və Qohar Ohancanyanın övladlarının cinayət işidir. Qalan 3 hal digər cinayət işləridir. İrina Qazaryanın və digərlərinin övladlarının qətl cinayəti üzrə araşdırmaları həmin beşliyə daxil edilməyib. Nana Muradyan hesab edir ki, bu növbəti toz üfürmədir və bu komissiya da hər hansı cinayətin üstünü açmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz   Ölüm  


Bizi "telegram"da izləyin