“Bloomberg”: Hindistanın 12-yə yaxın qırıcısı Pakistanın hava sərhədlərini pozub

2019/02/-1x-1-1551158382.jpg
Oxunub: 32069     09:18     26 Fevral 2019    
“Hindistan təyyarəsi Müzəffərabad sektorundan hava məkanımıza daxil olub. Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları buna zəruri cavabı verib”.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Asif Qafur özünün “Twitter” hesabından bəyan edib.

“Pakistan HHQ-nin qırıcı təyyarələri bu müdaxiləyə zəruri cavab verib. Vaxtında və effektiv cavab tədbiri ilə üzləşən təyyarə aradan çıxmağa çalışarkən tələskinlik içində buraxdığı mərmi Balakot yaxınlığına düşüb. Heç bir itki və dağıntı yoxdur”, - deyə sözçü əlavə edib.

Hindistan Hərbi Qüvvələri isə təxminən 12-yə yaxın “Mirage 2000” markalı qırıcı təyyarənin iştirak etdiyi hava əməliyyatı zamanı iki ölkə arasındakı təmas xətti boyunca yerləşən düşərgələrə 1000 kiloqrama qədər bomba atıldığını iddia edib.

“HHQ bu gün səhər erkəndən təmas xətti boyunca yerləşən düşərgələrə qarşı hava hücumu həyata keçirərək onu təmamilə dağıdıb”, - deyə Hindistanın Kənd Təsərrüfatı naziri Qacendra Sinq Şekavat bildirib.

Qeyd edək ki, axırıncı dəfə Hindistan HHQ belə məqsədli şəkildə təmas xəttini keçərək hava hücumunu bəyan etməsi 1971-ci ildə baş verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan   HHQ  


Bizi "telegram"da izləyin