Xaçaturovun vəkili detalları açdı: “10 min hərbçiyə qarşı niyə ittiham irəli sürülmür?”

2019/02/45645-1551082598.jpg
Oxunub: 23301     15:22     25 Fevral 2019    
KTMT-nin sabiq Baş katibi, “1 Mart” cinayət işi üzrə təqsirli bilinən Yuri Xaçaturovun ittihamında ilkin araşdırmanın başa çatmasından öncə dəyişiklik edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibəsində Xaçaturovun vəkili Mihran Poğosyan bildirib.

Xatırladaq ki, Xaçaturov, Armen Qevorkyan, Seyran Ohanyan və Robert Koçaryanla bağlı cinayət işinin ilkin araşdırmasının başa çatdığı elan edilib. Cinayət işinin materialları 76 cild təşkil edir. Vəkillər cinayət materialları ilə tanış olmaq üçün 76 gün istəsələr də, müstəntiq bunun üçün 50 gün müəyyən edib.

Vəkil bildirib ki, Yuri Xaçaturovun konstitusiya quruluşunun dəyişdirilməsindəki hansı roluna görə itiiham edilməsinin mahiyyəti onlara aydın deyil və materiallarla tanış olmaq üçün müstəntiqin 50 gün ayırması, eləcə də cinayət materiallarının Yuri Xaçaturovun anladığı dildə təqdim edilməməsi barədə də şikayət edəcəklər.


Onun sözlərinə görə, keçən 8 ay müddətində Xaçaturovun iştirakı ilə hər hansı istintaq araşdırması aparılmayıb və üstəlik istintaq araşdırılması aparılmadan, ilkin araşdırmanın yekunlaşmasından az əvvəl ittiham qərarı dəyişdirilib. Guya ittihamda bəzi dəyişikliklər edilib, lakin əslində ittihamda konkret Yuri Xaçaturovun fəaliyyəti istisnasız olaraq təsvir edilməyib. Həmçinin vəkil Yuri Xaçaturovun bu cür ittihamın ona qarşı sürülməsində nəyin əsas verdiyini başa düşmədiyini qeyd edib.

Erməni vəkil qeyd edir ki, Xaçaturova qarşı irəli sürülən ittihamda heç bir əsaslı səbəb yoxdur. Mihran Poğosyan keçən ilin oktyabr ayında Paşinyanın erməni parlamentindəki çıxışını xatırladaraq bildirib ki, həbslə bağlı müzakirələr zamanı hakimlərin Paşinyana zəng edərək, “cinayət işi su kimidir” dediklərinin öz əksini tapır. Vəkilin fikrincə, həqiqətən də bu cinayət işi su kimidir, Paşinyan doğru deyib, lakin Xüsusi İstintaq Xidməti səhv addım atıb.

İttiham işində hansı dəyişikliyin edilməsini vəkil belə izah edib: “Əsasız və qanunsuz olduğunu iddia etdikləri əvvəlki ittihamdan bəzi məqamlar çıxarılaraq, yeni düzəlişlər edilməyə çalışılıb. Lakin Yuri Xaçaturovun hansı cinayəti törətdiyi, yenə də hər hansı şəkildə təsvir edilməyib. İcraatı həyata keçirən orqan 2008-ci il fevralın 19-da Ermənistanda baş verənləri, bu müddət ərzində nələrin baş verdiyini, prezident seçkilərinin keçirilməsini, ordunun İrəvana daxil olmasını və digər məqamları təsvir etməklə, bunun əsasında Yuri Xaçaturovu Konstitusiya quruluşunun devrilməsində ittiham edir”.

Yuri Xaçaturovun ittihamında əksini tapan faktlara gəldikdə isə vəkil Mihran Poğosyan qeyd edib ki, hər hansı bir sübut yoxdur. O, bildirib ki, kifayət qədər təcrübəli hərbçi olaraq qanunsuz olmayan 0038 saylı əmrin icrasından başqa Xaçaturovun çıxış yolu olmayıb. Vəkil qeyd edib ki, əmrin qanunsuz olduğuna dair yalnız Konstitusiya məhkəməsi qərar verə bilərdi. Bu əmr barədə isə Konstitusiya məhkəməsinə heç bir müraciət edilməyib. İndi belə çıxır ki, o, əmrin icrasını yerinə yetirdiyinə görə Konstutusiya qurluşunun devrilməsində ittiham olunur.

“Hesab edək, bu ittiham doğrudur, bəs həmin məqamda İrəvana daxil edilmiş şərti olaraq 10 min hərbçiyə qarşı niyə ittiham irəli sürülmür?”, - deyə vəkil sual edib.

Faktların toplanması qrupunun məlumatına görə, yeni yaradılan orqana məhz Xaçaturovun rəhbərlik etməsi ilə bağlı verilən rəyə gəldikdə isə vəkil qeyd edib ki, ümumiyyətlə yeni yaradılan orqan olmayıb, Yuri Xaçaturov Ermənistan Müdafiə nazirinin müavini, İrəvan qarnizonun rəisi vəsifəsini tuturdu, yəni yeni orqan yaradılmayıb və Xaçaturov qarnizon rəisi olaraq öz vəzifə səlahiyyətlərini yerinə yetirməyə davam edib.


Poğosyan bu cinayət işi çərçivəsində cəmiyyətin çaşdırılmasına çox cəhdlər ediliyini qeyd edib. Xüsusilə, gizli telefon danışıqları aşkara çıxarılarkən məmurların mətbuat konfransı keçirməsini, guya atəş açan xüsusi təyinatlıların tətbiq edilməsinə dair hay-küylü açıqlamalar verərək, cəmiyyətin diqqətini yayındırılmasına cəhd ediblər.

Tiqran Abqaryanın ölümünü sübut olaraq misal gətirsələr də, sonradan bu fakt öz təsdiqini araşdırmalarda tapmayıb. Bu fakt ilkin araşdırmanın aparılmamasından xəbər verir. Bu cinayət işi 26 iyul tarixində olduğu kimi, indiyədək su kimi aydın qalmaqdadır.

Poğosyan bildirib ki, indiyədək tanış olduğu cinayət materiallarında Yuri Xaçaturova qarşı hər hansı bir ifadə yoxdur və ordunun siyasi proseslərə cəlb edilmədiyinə dair Xaçaturovun ifadə verməsinə imkan verilmir.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il martın birindən ikisinə keçən gecə İrəvan şəhərində baş verən hadisələrlə bağlı 2018-ci il iyulun 26-da Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb. O, konstitusiya quruluşunun devrilməsində ittiham edilib və bundan sonra ilkin araşdırma orqanı məhkəməyə onun həbs edilməsi barədə vəsadət təqdim edib.

Məhkəmə Yuri Xaçaturovun həbs edilməsinə dair vəsadəti təmin etməklə yanaşı eyni zamanda ona qarşı alternativ həbs qəti imkan tədbiri seçərək, 5 milyon dram girov müqabilində onu azad edib. Müdafiə tərəfi Yuri Xaçaturova qarşı həbsə icazə verilməsi barədə məhkəmənin qərarını Apelyasiya məhkəməsinə şikayət etsə də, şikayət rədd edilib. Bundan sonra kasassiya məhkəməsinə şikayət ərizəsi təqdim edilsə də, bu dəfə də məhkəmə icraata qəbul etməyib. Hazırda müdafiə tərəfi AİHM-yə şikayət etməyə hazırlaşır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçaturov   KTMT   1-Mart  


Bizi "telegram"da izləyin