Birinci vitse-prezident Qarabağ əlili üçün ev tikilməsi barədə tapşırıq verib

2019/02/15351-1550823504.jpg
Oxunub: 23546     12:14     22 Fevral 2019    
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.

Heydər Əliyev Fondundan Ordu.az-a verilən məlumata görə, Şöhrət Qasımovun Fondun “Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.


Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq. Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mehriban-Əliyeva   Qarabağ-əlili  


Bizi "telegram"da izləyin