Ermənistanda kinorejissorla döyüşçünün aclıq aksiyası davam edir

2019/02/52596-1550813918.jpg
Oxunub: 22400     09:45     22 Fevral 2019    
"Bu addım özü-özünü inkar etməkdir. Mənim səhvlərimin olduğuna dair əmin olduğunuz halda, şans vermək istəyirdinizsə, niyə bunu öncəki komissiya həyata keçirməyib, öncəki komissiya rədd etmişdisə, niyə yeni komissiya tərəfindən rədd edilməməlidir? Bu addım hüquqi savadsızlıqdır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri 18 gündür aclıq aksiyası keçirən erməni kinorejissor Hovhanes Qalstyan Ermənistan Mədəniyyət Nazirliyinin son bəyanatını şərh edərkən deyib.

Qalstyan qeyd edib ki, filmin rədd edilməsinə dair əlində sənəd var, məsələnin rədd edilməsinə səbəb kimi, öncədən əldə edilmiş öhdəliklərin icra edilməməsi göstərilir. O qeyd edib ki, dalana dirənən Mədəniyyət Nazirliyi başqa səbəblər və əsaslar axtarışındadır.

Qeyd edək ki, yaranmış vəziyyətlə əlaqədar cari ilin fevralın 2-dən etibarən kinorejissor Hovhanes Qalstyan aclıq elan edib. Fevralın 15-də isə ona keçmiş döyüşçü Mher Mazmalyan da qoşulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aclıq-aksiyası   Etiraz  


Bizi "telegram"da izləyin