Erməni əsgər anası: "Oğlumu öldürüb, sonra asıblar"

2019/02/sevaz-1550751065.jpg
Oxunub: 12302     16:09     21 Fevral 2019    
Ermənistan İstintaq Komitəsi və 10 hüquq müdafiəçisi olan ictimai təşkilat arasında razılaşma imzlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb.

2009-cu ilin dekabr ayında hərbi xidmətə çağrılaraq işğal altında olan Xankəndindəki “Haykazov” şərti adlı 39138 nömrəli hərbi hissəyə göndərilən Valeri Muradyanın anası Nana Muradyan qeyd edir ki, qohumlarının hamısı xaricdə yaşayır. Onların da getmək imkanı olsa da, oğlu Vladivostokda xidmət etmiş atası kimi orduda xidmət etmək istəyib.

Qeyd: 39138 nömrəli hərbi hissə, Ermənistan ordusunun işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan əlahiddə artilleriya hərbi hissəsidir. Komandiri polkovnik Sahakyan Qriqoridir.


Lakin hərbi xidmətinin 3 ay 20 gün davam etməsindən sonra, hərbi hissənin təmir bərpa bölüyünün sürücüsü əsgər Valeri Muradyanın 2010-cu ilin 15 mart tarixində saat 00:35-də özünü asaraq intihar etdiyi barədə məlumat verilib.

Anası qeyd edir ki, rəsmi ittihama görə intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. Lakin bugünədək intihar həddinə çatdıranların kim olduğu müəyyən edilməyib.

O hesab edir ki, onu öldürüb, daha sonra intihar görüntüsü yaratmaq üçün asıblar. Muradyan deyib ki, ölümündən bir neçə gün əvvəl telefon əlaqəsi saxlayarkən oğlu bildirib ki, təsadüfən görməli olmadığı yanacaq oğurluğunun şahidi olub. O qeyd edir ki, məhz buna görə oğlunu öldürüblər.

Bundan başqa yaxın günlərdə daha 5 qalmaqallı cinayət işinin araşdırılmasına başlanılacaq. Valeri Muradyanın cinayət işindən başqa, Tiqran Ohancyan, Arman Hakobyan, Andranik Flakyan və məşhur “Madaqiz” cinayətləri üzrə araşdırmalar aparılacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm   Etiraz  


Bizi "telegram"da izləyin