Ağstafada 139 ədəd partlamamış mina tapılıb

2019/02/45645-1550671682.jpg
Oxunub: 9579     18:06     20 Fevral 2019    
Ağstafa rayonunda 139 ədəd partlamamış mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Ordu.az-a verilən məlumata görə, rayonunun Saloğlu qəsəbəsi ərazisində evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi (MONİTORİNQ) zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) aşkar edilib.

Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə əraziyə baxış keçirilib və minalar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Ağstafa  


Bizi "telegram"da izləyin