DSX-nin Sahil Mühafizə­si­nin yaradılması münasibətilə tədbir keçiril­ib - FOTOLAR

2019/02/photo-18606740088.jpg
Oxunub: 14404     11:21     19 Fevral 2019    
Fevral ayının 18-də Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yaradılmasının 14-cu ildönümləri münasibətilə tədbir keçiril­ib.

DSX-nin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib.


Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə məruzə ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev dənizçi sərhədçilərin Xəzər dənizində dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanılmasının 26-cı və DSX-nin Sahil Müha­fizə­sinin yaradılmasının 14-cü ildönümünü xoş ovqat hissi ilə, yüksək əhval-ru­hiy­yə, xidmətdə qazanılmış uğur­larla qarşıladığını qeyd edib.

Məruzəçi Döv­lət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ər­zində dəniz sərhədlərimizin mühafizəsi sahəsində əldə etdiyi yüksək nailiy­yətlər­ haq­qında ətraflı məruzə edib.


Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edərək Azərbaycan Respubli­kasının Prezi­den­ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması və 2008-ci ilin noyabr ayının 8-də Ali Baş Koman­dan tərəfindən regionumuzda bənzəri olmayan yeni bazanın istifadəyə verilməsi ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin yeni mərhələyə qaldırıldığını bildirib.


Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Pre­zidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təs­diq olunmuş «Azərbaycan Respub­likasının dəniz təhlükəsizliyi strategi­ya­sı»nın icrası üzrə yaradılmış DSX Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”ndə inşa edilmiş 12 ədəd “Tufan” və “Şah­dağ” tipli sərhəd gö­zət­çi gəmilərinə baxış məqsədilə 8 dəfə DSX-nin Sahil Mühafizəsinin ba­za­sın­da olması dəniz sərhədlərinin mühafizəsi məsələ­lərinə ve­rilən xü­su­si önəmin, bu sahəyə göstərilən ali diqqətin konkret tə­za­hür­­ləri olması qeyd edilib, bu gəmilərin döyüş sıralarına qatılması sayə­sində sər­həd sularında dövlət maraqlarımızın qorunması imkanlarının xeyli genişlən­məsi, dəniz sərhədlərimizin etibarlı mühafizəsinin təşkilində yüksək nəticələrin əldə olunması xüsusi vurğulanıb.


2018-ci ilin avqust ayının 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplan­tısında mühüm əhəmiyyət kəsb edən «Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya»nın imzalanması dəniz sər­həd­lərimizin mühafizi­əsi üzrə xidməti fəaliyyətin yeni müstəvidə təşkil olun­masına şərait yaradıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Heydər Əliyev ideyalarına sədaqətin əsgərləri olan Azərbaycan sərhədçilərinin Azər­bay­can Sərhəd Mühafizəsinin 100-cü ildönümünü xidməti-döyüş fəaliyyətlərində qazanılmış yüksək nailiyyətlərlə qar­şı­la­yacağına, Azər­bay­can Res­pub­­li­kasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əli­yevin etimadını yeni nailiyyətlərlə doğruldacaq­larına əminliyini bildirib.


Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu təltifləndirilib.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri­nin və incəsənət ustalarının hazırladığı maraqlı konsert proqramına tamaşa ediblər.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Sahil-mühafizəsi  


Bizi "telegram"da izləyin