Paşinyan hökuməti "papanın gül balaları"na vəzifə paylayır

2019/02/Rafik-1550129735.jpg
Oxunub: 22277     11:35     14 Fevral 2019    
Ermənistanda milyonçu oğlu İrəvan qarnizonunun hərbi prokuroru təyin edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafiq Maşadyanın hələ gənc, lakin milyonçu oğlu Harutyun Maşadyan fevralın 4-də İrəvan qarnizonu hərbi prokuroru təyin edilib.

Daha öncə gənc milyonçu, Loru vilayətinin hərbi prokuroru vəzifəsini tutub. Maraqlıdır ki, cəmi 23 yaşında olan Harutyun Maşadyan, atasının daim dövlət rəsmisi, həmçinin özünün də hələ 23 yaşında olduğuna və eyni qaydada dövlət məmuru olmasına baxmayaraq, artıq milyonçuya çevrilib.

Vəzifəni təhvil alarkən, kiçik Maşadyan 12 milyon dram, 130 min dollar və "Volkswagen Touareg" markalı minik avtomobilinin olması haqında bəyannamə təqdim edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin