Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə fevralın 12-də Ermənistanın baş prokuroru Artur Davtyanın sədrliyi ilə keçirilən prokurorluğun yekun iclasında məlumat verilib.
İclasda Ermənistanın müdafiə naziri Davit Tonoyan da iştirak edib.
Məlumata görə, ağır cinayətlərin sayı 9 hal artıb, xüsusilə ağır cinayətlərin sayı isə 37 hal azalıb.
Xüsusilə ağır cinayətlərdən olan 43 haldan, 7 hal təxribat, 1 hal əsgər yoldaşı tərəfindən öldürülmə, 1 halda isə hərbi qulluqçunun mülki şəxsi öldürməsi faktı qeydə alınıb. 23 halda təxribata cəhd, 2 halda isə əsgər yoldaşı tərəfindən öldürməyə cəhd faktı qeydə alınıb.
2018-ci il ərzində 1173 erməni hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2017-ci ildə isə bu rəqəm 1813 nəfər təşkil edib.
Alpər Mövludoğlu
Ordu.az