Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəkil şikayətində Gümrü şəhər sakinin ölümünə səbəb olan rus hərbi qulluqçunun hərbi bazadan Ermənistanın cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir.
Zərəçəkənin nümayəndəsi Arayik Zalyan jurnalistlərə, Avetisyanlar ailəsinin və Culiyetta Quqasyanın öldürülməsində oxşar və fərqli cəhətlər barədə məlumat verib.
Vəkilin sözlərinə görə, Permyakovdan fərqli olaraq Razqildeyevi rus hüquq mühafizə orqanları aşkar edərək həbs etməyib, ən azı bu barədə rəsmi məlumat yoxdur.
"Bu iş üzrə illər öncə baş verən yanaşma davam edir. Permyakov və Razqildeyevin işləri üzrə faktlar bir az müxtəlifdir. Culiyetta Quqasyanla baş verən hadisə faktlara əsasən bir az daha unikaldır. Bu baxımdan qeyd edilən hadisə ilə bağlı təqsirləndirilən şəxs Ermənistanın cəzaçəkmə müəssisəsində saxlanılmalıdır", - deyə o qeyd edib.
O bildirib ki, zərərçəkənin nümayəndələri təqsirləndirilən şəxsi görmə səlahiyyətinə malik deyil: "Onun hansı şəraitdə saxlanıldığına heç Ermənistanın ombudsmanı da baş çəkməyib. Permyakovla bağlı olanlar yenidən tam tərkibdə təkrarlanır".
Vəkil təqsirləndirilən şəxsin real çəza çəkdiyinə əmin olmadıqlarını əlavə edib.
Qeyd edək ki, Culiyetta Quqasyanın ölüm işi üzrə ilkin araşdırma mərhələsi hələ yekunlaşmayıb.
Alpər Mövludoğlu
Ordu.az