Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu vəzifəyə Ermənistan parlamentinin deputatı, “Mənim Adımım” fraksiyasının təmsilçisi, “Sasun” dəstəsinin komandiri olmuş, Sasun Mikaelyanın namizədliyi irəli sürüləcək.
Məlumata görə, artıq onun namizədliyini təşkilatda yekdilliklə dəstəkləyiblər.
Bildirilir ki, Sasun Mikaelyan uzun zaman bu təklifdən imtina etsə də, sonda onu razı sala biliblər. Son zamanlar təşkilata geri qayıdanlar da onun namizədliyini dəstəkləyiblər.
Xatırladaq ki, "Yerkrapah" təşkilatına ilk məqamda Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanı sədr seçmək istəyiblər. Aram Sarkisyan da öz razılığını verib. Lakin Sasun Mikaelyanın namizədliyi ortaya çıxdıqdan sonra, Aram Sarkisyan öz namizədliyini geri götürüb.
Qeyd edək ki, Aram Sarkisyan təşkilatın nüfuzunu bərpa etmək üçün Sasun Mikaelyanla bərabər olmağa da razı olub.
Alpər Mövludoğlu
Ordu.az