Ən ucqar postlarda ordumuzun təminatı – REPORTAJ (FOTOLAR)

2019/02/51177-3099250092.jpg
Oxunub: 5642     17:10     08 Fevral 2019    
Adətən ordudan o qədər də məlumatlı olmayan insanlar üçün təminat məsələləri onların beynində bir çox sual doğurur və həmin suallar müəyyən (həqiqətə yaxın olmayan) təsvirlər formalaşdırır. Əsasən də beyinləri didən bu suallar cəbhə xətti ətrafında gəzib dolaşır.

Cəbhə xəttini rəsmi cümlələrlə ifadə etsək, bu, işğal altında olan Azərbaycan torpaqlarındakı işğalçı dövlətin qoşunları ilə işğala məruz qalan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarşıdurma xəttidir. İnsanların təbirincə desək, post, ya da cəbhə xətti... Kimisi üçün post əsgəri işıq, kimisi üçün rahat yataq, kimisi üçünsə də isti yemək tapmır. Bir daha qeyd edək ki, bu fikirlər, görməyənlər və ya görüb görməməzlikdən gələnlər zümrəsinə aiddir. Məhz bu yazının mahiyyəti elə həmin o suallara cavab verməkdir. Daha doğrusu, həqiqət olmayan təsvirləri həqiqətlə üzbəüz qoyub, necə deyərlər üzləştirməkdir...

Ordu.az kollektivi olaraq fəaliyyətə başladığımız ilk gündən ta bu günə qədər cəbhə xətti boyunca demək olar ki, bütün bölmələrə səfər edib, ordan müxtəlif mövzularda reportajlar hazırlayıb oxucularımızın diqqətinə çatdırmış, çoxları üçün gedilməsi risk olan dağ yollarından keçib, ən yüksək zirvəyə qalxaraq burada əzmlə dayanan əsgərin qonağı olmuş, onlarla bir süfrəni, bir otağı, bir kazarmanı paylaşmışıq.

Ümumiyyətlə ön xətdə yerləşən bölmələrdə təminat məsələsi ərazinin coğrafi relyefinə görə dəyişir. Lakin heç bir coğrafi şərait bölmələrin təminat məsələsinə əngəl olmur. Bunu qətiyyətlə vurğulamaq yerinə düşər ki, dəyişən, sadəcə məkana uyğun olan qida və əşyalar, eləcə də digər infrastrukturlardır.

Bölmələrdə yol, işıq, istilik və su təminatı

Öncə yoldan başlayaq. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələrində yol, işıq və su problemi yaşanmır. Ən yüksək zirvələrdə yerləşən ərazilərə belə yay və qış yolları çəkilib ki, bu da bölmələrin hərəkətini daha da yaxşılaşdırır. Ola bilsin ki, bəzi dağ yollarında güclü qar yolu müvəqqəti bağlaya bilsin, amma bu hallar heç də vəziyyəti çıxılmaz etmir. Çünki, belə halları önləmək üçün qar motosikletləri və çətin şəraitdə hərəkət etmə qabiliyyəti olan digər xüsusi vasitələr mövcuddur ki, bu da bir başa yaranan çətinlikləri aradan qaldırır. O ki qaldı dağ şəbəkələri olmayan ərazilərə, elə bunu yuxarıda qeyd olunanlarla müqayisə edərək düzən ərazilərdə əlaqə yollarının hansı səviyyədə olmasını təxmin edə bilərsiniz.

Elektrik enerjisi ilə təminat

Adətən bölmələrimiz elektirik enerjisini bir neçə vasitədən istifadə etməklə əldə edir: xüsusi şəraitdə işləyən və davamiyyəti yüksək olan generatorlar, yaxınlıqdakı elektrik yarımstansiyaları və alternativ enerji mənbələri. Generatorlardan davamlı olaraq yüksəkliklərdə yerləşən bölmələr istifadə etsə də, bu qurğulara demək olar ki, ön xəttə yerləşən bütün bölmələrdə rast gəlmək olur. Səbəb isə yaxınlıqdakı yarımstansiyalarda enerjinin verilməsində hər hansı bir fasilə yaranarsa, avtomatik olaraq generatorlardan istifadənin mümkünlüyünü təmin etməkdir.

Gələk adını sonuncu çəkdiyimiz vasitəyə - artıq bir neçə bölməmizdə günəş şüalarından elektirik enerjisi istehsal edən günəş panelləri quraşdırılıb ki, bu da düşmənlə üz-üzə dayanan bölmələrə fasiləsiz enerjini təmin edir. Nə qədər maraqlı səslənsə də, bu, həqiqətdir. Şəhər mərkəzlərində hələ tətbiqinə başlanmamış müasir qurğular artıq ön cəbhədə istifadəyə verilib...

İçməli və məişət suyu təminatı

Etiraf etmək lazımdır ki, su məsələsi bir zamanlar orduda əsas problemlərdən biri olub, əsasən də içməli su məsələsi. Şahidlərin dediklərini də nəzərə alsaq, illər əvvəl bölmələrdə xidmət aparan hərbi qulluqçular qar və yağış sularından, habelə çirkli suları süzgəcdən keçirməklə istifadə ediblər. Lakin bu gün müşahidə etdiklərimiz yuxarıda sadalananların tam əksini deyir. Döyüş zamanı ən vacib şərtlərdən biri olan su təminatı da ərazidən asılı olaraq dəyişir. Bütün bölmələrə verilən qablaşdırılmış ekoloji təmiz sulardan başqa, bulaqlardan, artezian quyularından, çay və su kanallarından istifadə edilməklə əsgər içməli və məişət suyu ilə təmin olunur.

İstilik təminatı

İstilik, dağ və dağətəyi, o cümlədən, düzən ərazilərdə yerləşən bölmələrdə odun, mazut və ağ neftdən istifadə edilərək alınır. Bununla yanaşı, bir çox bölmələr (yaşayış məntəqələrinə yaxın olanlar) mavi qazdan istifadə edir. Dağ və dağətəyi ərazilərdə adətən yay aylarından başlanaraq ərazidə yerləşən meşələrdən qış fəslini təmin edəcək qədər odun tədarük edilir. İstilik məsələsində də heç bir çətinliyin olmadığını əminliklə vurğulamaq yerinə düşər.

Yataq, qida və digər təminatlar

Hal-hazırda Azərbaycan Ordusunun kalorili qidalarla təmin olunması demək olar ki, regionda ən nümunəvi şəkildədir. Konservləşdirilmiş yeməklərlə yanaşı, digər vitaminli meyvə tərəvəzlər vaxtlı-vaxtında bütün bölmələrə çatdırılır. Məkanından asılı olmayaraq, bütün ordu birləşmələrinin ərzaq anbarında müxtəlif növ çeşidli qida növləri yer alıb. Yuxarıda qeyd olunduğu kimi, burada da vaxtında çatdırılma vəziyyəti məkana uyğun olaraq dəyişir. Dağ şəbəkələrində yerləşən bölmələr qışın tədarükünü payız aylarının ortalarından görməyə başlayır. Ən ucqar bölgələrdə yerləşən bölmələrin anbarları qışı təmin edəcək 53 adda yemək və meyvə tərəvəzlə təmin edilir. O ki qaldı yataq və digər təminatlara, yəqin ki, sizlərə müxtəlif ərazilərdən çəkdiyimiz fotoşəkillər hər şeyi aydınlıqla anladacaq...

Mümkün qədər gördüklərmizi göstərməyə və çatdırmağa çalışdıq, gerisi anlamaq və tanış olmaq məsələsidir. Ortada olan fakt isə öz faktlığında qalır: Ən öndə xidmət edən əsgərin təminatı şəhər mərkəzlərində yerləşən bölmələrdən heç nə ilə fərqlənmir.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Təminat  

Ən ucqar postlarda ordumuzun təminatı – REPORTAJ (FOTOLAR)

2019/02/51177-3099250092.jpg
Oxunub: 5643     17:10     08 Fevral 2019    