Dünən saat 20:00 radələrində Berd-İcevan yolunda Berd şəhər sakini, 39 yaşlı Vardan Cağaryanın idarə etdiyi ВАЗ 21015 markalı avtomobillə "Ford Transit" markalı avtomobil toqquşub.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər bədən xəsarətləri ilə Berd şəhərindəki hərbi hospitala təxliyyə edilib.
Hospitalda ВАЗ 21015 markalı avtomobilin sürücüsü 39 yaşlı Vardan Cağaryan aldığı bədən xəsarətlərindən ölüb.
Qəzada xəsarət alanların hərbi hospitala təxliyyə edildiklərinə görə hərbçi olduğu ehtimal olunur.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: