Oktyabrın 23-də saat 19:50 radələrində Vayots Dzor vilayətinin Yeğeqnadzor şəhərinin küçələrindən birində şəhər sakini 29 yaşlı Smbat Qazaryanın idarə etdiyi BMW markalı avtomobil və Malişka kənd sakini 37 yaşlı Arman Soğomonyanın idarə etdiyi ВАЗ 2106 markalı avtomobillər toqquşub.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində hər iki sürücü və BMW markalı avtomobilin sərnişini Ağavnadzor kənd sakini 38 yaşlı Armen Beqlaryan xəstəxanaya təxliyyə edilib.
Məlumata görə, ВАЗ 2106 markalı avtomobilin sürücüsü Malişka kənd sakini 37 yaşlı Arman Soğomonyan Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qəza