Müdafiə naziri BMT Baş katibinin müvavini ilə hərbi-siyasi vəziyyəti müzakirə edib

2018/10/8b29a-1540494293.jpg
Oxunub: 2060     20:50     25 Oktyabr 2018    
Oktyabrın 25-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   BMT  


Bizi "telegram"da izləyin