SQQ Həmada terrorçulara ağır zərbələr endirib

2018/09/13970515001233_Test_PhotoI_1535970097.jpg
Oxunub: 2995     18:16     03 Sentyabr 2018    
Suriya Quru Qoşunları Həma vilayətindəki terrorçu qruplaşmaları ağır artilleriya vasitələrindən atəşə tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr bildiriblər.

Məlumata görə, hökumət qüvvələrinin artilleriya və raket bölmələri “Təhrir əş-Şam” və onun müttəfiq qruplaşmalarını hədəf alıblar.

Əsas qarşıdurmaların baş verdiyi bölgələr Əl-Sarminiyə və əl-Qarqur qəsəbələridir. Burada baş verən hücumlar nəticəsində onlarla terrorçunun məhv edildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həma   Terror  


Bizi "telegram"da izləyin