Ordu.az xəbər verir ki, istehsalçı şirkətin məlumatına görə, sığınacağın istehsalında 16 mm qalınlığında üç təbəqəli zirehli poladdan və şəxsi heyəti kumulyativ döyüş sursatlarından qorumaq üçün metal mühafizə ekranlarından istifadə olunub.
Zirehli mövqenin daxilində eyni vaxtda silahlı 10 hərbçiyə qədər şəxsi heyətin yerləşdirilməsi mümkündür.
Sistem şəxsi heyəti bütün istiqamətlərdən qorumaqla yanaşı, ətrafın müşahidəsi üçün 360 dərəcə baxış imkanını da təmin edir.
Hazırlanan həll konsepsiya baxımından Sovet dövründə tətbiq olunan bəzi mühəndislik layihələrini xatırladır. Həmin dövrdə pulemyot mövqeləri, komanda və müşahidə məntəqələrinin qısa müddətdə qurulması məqsədilə əvvəlcədən hazırlanmış metal konstruksiyalardan istifadə edilirdi.
Sevinc Əliyeva
Ordu.az