Hayk Koncoryan və Vahaqn Aleksanyan Ermənistan parlamenti sədrinin müavinləri vəzifəsinə namizəd göstərilib

2026/06/1782748897.jpg
Oxunub: 201     19:57     29 İyun 2026    
Hayk Koncoryan və Vahaqn Aleksanyan Ermənistan parlamentinin sədrinin müavinləri vəzifəsinə namizəd irəli sürülüblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Paşinyanın sözlərinə görə, hər iki siyasətçi parlament sədrinin müavinləri vəzifəsinə namizəd kimi irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Ruben Rubinyanın Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd seçildiyi məlum olub. O, bu təyinata qədər parlament sədrinin müavini vəzifəsində çalışıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koncoryan   Aleksanyan   Ermənistan  


Bizi "telegram"da izləyin