Ordu.az xəbər verir ki, bu barədə Livanın NNA dövlət xəbər agentliyi məlumat yayıb.
Beyrutun cənubundakı Yarze şəhərində keçirilən görüşdə tərəflər Livandakı son vəziyyəti, Yaxın Şərqdəki ümumi təhlükəsizlik mühitini, eləcə də iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.
Haykal ABŞ-nin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirərək, Livanda təhlükəsizliyin və sabitliyin qorunması məqsədilə koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş Vaşinqtonda imzalanmış çərçivə sazişinin icrası fonunda baş tutub. Həmin sənəd “Hizbullah”ın tərksilah edilməsi ilə əlaqədar olaraq İsrail qüvvələrinin Livanın cənubundan mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az