Hindistan və Səudiyyə Ərəbistanı əməkdaşlığa dair memorandum imzalayıb

2026/06/1782748656.jpg
Oxunub: 190     19:56     29 İyun 2026    
Hindistan və Səudiyyə Ərəbistanı su ehtiyatları sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

Ordu.az Hindistanın Ər-Riyaddakı səfirliyinə istinadən xəbər verir ki, sənəd Ciddədə keçirilən "Saudi Water Week" çərçivəsində Hindistanın Səudiyyə Ərəbistanındakı səfiri Suhel Xan və Səudiyyə Ərəbistanının ətraf mühit, su ehtiyatları və kənd təsərrüfatı naziri Əbdülrəhman Əl-Fədli tərəfindən imzalanıb.

Memorandum su ehtiyatlarının planlaşdırılması, su ehtiyatlarının davamlı idarə edilməsi, irriqasiya sistemləri və digər əlaqədar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına, potensialın gücləndirilməsinə və qabaqcıl təcrübə mübadiləsinə yönəlib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin