Simonyan niyə dəyişdirildi? – Jurnalistin sualına erməni nazirdən gözlənilməz reaksiya

2026/06/1782746964.jpg
Oxunub: 227     19:19     29 İyun 2026    
“Ermənistanın parlament sədri vəzifəsinə Ruben Rubinyanın namizəd göstərilməsi ilə bağlı qərar qapalı və gizli səsvermə nəticəsində qəbul edilib”.

Ordu.az xəbər verir ki, bunu 2026-cı il iyunun 29-da “Vətəndaş Müqaviləsi” Partiyasının mərkəzi qərargahı qarşısında jurnalistlərə açıqlamasında Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.

O bildirib ki, rəhbər orqanda vəzifələrə namizədlər seçilərkən hər zaman qapalı və gizli səsvermə keçirilir: “Müzakirələr aparılır, sonda isə idarə heyətinin üzvləri öz mövqelərini bildirirlər”.

Jurnalistin “Alen Simonyanın fəaliyyətindən narazı idiniz ki, onu dəyişmək qərarına gəldiniz?” sualına cavabında Torosyan bunları deyib: “Mən Alen Simonyanın fəaliyyətini çox yüksək qiymətləndirmişəm və indi də yüksək qiymətləndirirəm. O, ölkəmizin tarixində ən yaxşı parlament sədri olub”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Torosyan  


Bizi "telegram"da izləyin