Suriya HHQ İdlib hücumu üçün səfərbər edilib

2018/09/560f69a9c36188a67c8b460c_1535778750.jpg
Oxunub: 1632     13:08     01 Sentyabr 2018    
Suriya Hərbi Hava Qüvvələri ölkənin şimal-qərbində yerləşən İdlib vilayəti istiqamətində əməliyyat üçün səfərbər edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat zamanı hava kampaniyasını koordinasiya etmək üçün tapşırıq komandanlığı formalaşdırılıb.

Bildirilir ki, daha öncə bənzəri görülməyən genişlikdə əməliyyatın həyata keçirilməsi məqsədilə ordunun Dumeyir, T-4 və əl-Sin aeroportları, Rusiyanın Latakiyadakı “Hmeymim” bazası ilə koordinasiyalı olaraq hərakata hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Suriyanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən İdlib vilayəti 2015-ci ildən etibarən Əsəd hökumətinə sadiq ordunun nəzarətindən çıxıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Türkiyə  


Bizi "telegram"da izləyin