Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Hərbi Hava Qüvvələrinin Hatəm Əl-Ənbiə hava hücumundan müdafiə bazasının komandiri briqada generalı Əlirza Sabahi bildirib.
O qeyd edib ki, hazırda İran ordusu daxilində iki müxtəlif xüsusi elmi araşdırma qrupu yeni uzaq mənzilli ballistik raketlərin və radar sistemlərinin təkmilləşdirilməsi üzərində işləyir.
Onun sözlərinə görə, artıq araşdırma və təkmilləşdirmə işlərinin yekun mərhələsinə qədəm qoyulub və qarşıdakı aylarda layihənin dizayn hissəsi yekunlaşdırılacaq.
Qeyd edək ki, hər iki silahın ilkin prototip istehsalının növbəti il həyata keçirilməsi planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az