Koalisiya qüvvələri Deyr əz-Zorda yeni baza inşa edib

2018/08/received_2200126623564264_1535732360.jpeg
Oxunub: 3196     00:09     01 Sentyabr 2018    
İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya Suriyanın Deyr əz-Zor vilayətində yeni hərbi baza tikib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr bildirirlər.

Məlumata görə, yeni baza strateji Həccin qəsəbəsinin yaxınlığında formalaşdırılıb. Həccin eyni zamanda İŞİD-in Deyr əz-Zorda əlində qalan sonuncu məntəqədir.

Bu bazanın tikintisinin yekunlaşması buradakı qüvvələrə terrorçu qrupu sonuncu sığınacaqdan da çıxarmaq üçün hazır olmağa imkan verəcək. Onun başa çatması ilə Həccinə hücumun başladılacağı ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Koalisiya   Hərbi-Baza  


Bizi "telegram"da izləyin