Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
“Bildiyiniz kimi Müdafiə nazirimiz, MKİ rəhbərimizlə Moskvaya getdik. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə gəldi. İranda üçlü sammit var. Digərləri ilə də danışırıq, belə bir hücum Suriya üçün, İdlib üçün fəlakət olar”, - deyə Çavuşoğlu bildirib.
O, İdlibdə üç milyon sivilin olduğuna diqqət çəkərək, burada bir qrup ekstremistin varlığından xəbərdar olduqlarını və xüsusilə bu qrupların digərlərindən ayrılaraq zərərsizləşdirilməli olduğunu vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az