Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər arasında əldə edilən razılığa əsasən, şirkət ABŞ donanmasının tərkibindəki CH-53 “Sea Stallion” və V-22 “Osprey” helikopterlərini modernizasiya edəcək.
Qeyd edək ki, ümumi dəyəri 59,7 milyon dollar olan layihə çərçivəsində “Raytheon” sözügedən helikopterləri infraqırmızı sistemlərlə təchiz edəcək.
Dəyanət Ağalarlı
Ordu.az