Cənub-Qərbi İdlib cəbhəsinin ən yeni XƏRİTƏSİ

2018/08/1066743947_1535717811.jpg
Oxunub: 2269     20:25     31 Avqust 2018    
Suriya Ərəb Ordusu İdlib vilayətinin cənub-qərb hissəsindəki terrorçulara qarşı geniş miqyaslı əməliyyata hazırlığını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırlığa əsasən ordunun eyni zamanda bir neçə zonaya fokuslanacağını demək olar.

Əsas nöqtələrdən biri İdlib-Latakiya oxunda yerləşən strateji Cisr Əl-Şuğur şəhəridir. O, 2015-ci ilin baharında “Ceyş Əl-Fateh” terrorçuları tərəfindən ələ keçirilib.

Əməliyyatın əhatə edə biləcəyi digər ərazilər isə Əl-Qaab ovalığı, Latakiya və Həmanın şimal hissələri və İdlibin cənub-qərbidir.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Xəritə  


Bizi "telegram"da izləyin