Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Belçika Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, bu məqsədlə artıq Belçika Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ilk patrul uçuşlarını həyata keçirib.
Məlumata əsasən, Almaniya və Belçika Hərbi Hava Qüvvələri NATO-nun Baltik dənizi missiyasının həyata keçirilməsi məqsədilə bölgədə intensiv patrul uçuşları təşkil ediləcək.
Qeyd edək ki, missiyaya iki ölkədən birlikdə 20-ə qədər təyyarə və 60-dən çox pilot iştirak edəcək.
Dəyanət Ağalarlı
Ordu.az