Suriya hökuməti İdlibdəki üsyançılarla uzlaşmağa çalışır

2018/08/Syria_Horo_1535713585.jpg
Oxunub: 1639     19:06     31 Avqust 2018    
Rəsmi Dəməşq İdlibdə “Ən-Nusra”dan ayrılmağa çalışan yarımhərbi dəstələrin liderləri ilə uzlaşma əldə etməyə çalışır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər naziri Valid Muallem bildirib.

Onun sözlərinə görə, Suriya hökuməti özü ilə dialoqa hazır olan silahlı müxalif qüvvələri terrorçulardan ayırmaq üçün atıla biləcək addımları dəyərləndirir.

Eyni zamanda Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə İdlib deeskalasiya zonasında stabillikdən Türkiyənin məsul olduğunu xatırladaraq, Türkiyə tərəfi ilə də danışıqlar aparıldığını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Türkiyə  


Bizi "telegram"da izləyin