Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu proqramın İranın müdafiəsində həyati əhəmiyyətə malik olduğunu vurğulayıb.
Qasımi bildirib ki, İranın raket proqramı müdafiə məqsədlidir, yerli və hüquqi olduğu üçün heç bir şəkildə müzakirəyə açıq deyil.
Ölkəsinin bölgədəki nüfuzu haqqında da danışan sözçü rəsmi Tehranın izlədiyi siyasətin regional və qlobal sülh, təhlükəsizlik istiqamətində olduğunu, terrorla mübarizə məqsədi daşıdığını dilə gətirib.
Xatırladaq ki, Fransa Xarici İşlər naziri Yan İv Le Drian rəsmi Tehranı raket proqramı ilə bağlı müzakirələrə dəvət edib.
Ağalar Ağalarlı
Ordu.az