Həmada terrorçulara məxsus baza aşkarlanıb

2018/08/13950208000760_PhotoI_1535711457.jpg
Oxunub: 3090     18:28     31 Avqust 2018    
Suriya ordusunun terrorçulardan azad etdiyi ərazidən xeyli sayda ABŞ istehsalı hərbi sursatın da olduğu silah anbarı aşkarlanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, sözügedən silah anbarı paytaxt Dəməşqdən 250 kilometr şimalda Həma vilayətinin cənubundakı Tulul Humer şəhəri yaxınlığından tapılıb.

Məlumata əsasən, silah anbarında tonlarla mərmi, 50-dən çox tank əleyhinə raket və azı 7 ədəd “Tow” raketi aşkarlanıb.

Qeyd edək ki, İŞİD-ə məxsus olmuş bazadan tapılan hərbi sursatın içində “Tow” raketləri başda olmaqla ABŞ istehsalı bir çox silahlar da yer alıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Həma   İŞİD   Silah-Bazası  


Bizi "telegram"da izləyin