Bağdadda baş verən partlayışda 3 nəfər yaralanıb

2018/08/suicide-bombing-759_1535711312.jpg
Oxunub: 3612     18:20     31 Avqust 2018    
İraqın paytaxtı Bağdad şəhərinin qərbində partlayış baş verib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildiriblər.

Məlumata görə, hadisə bu gün Bağdadın qərbində yerləşən Əbu Qərib bölgəsindəki marketlərdən birinin yaxınlığında baş verib.

Partlayış nəticəsində 3 nəfərin yaralandığı bildirilir. Bu son 2 gündə Bağdadda baş verən 2-ci partlayışdır. Hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Terror   Partlayış  


Bizi "telegram"da izləyin