Ukrayna MN NATO ilə yeni müqavilə hazırlayır

2018/08/MAC-of-Russian-forces-destroyed-633-explosive-items-in-Deir-Ezzor_1535706149.jpg
Oxunub: 4097     17:41     31 Avqust 2018    
Ukrayna Müdafiə Nazirliyi NATO ilə imzalanması planlaşdırılan yeni müqavilə hazırlayır.

Ordu.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Maksim Komisarov bildirib.

Onun sözlərinə görə, müqavilə partlayıcı maddələrin zərərsizləşdirilməsi və kustar üsullarla hazırlanmış partlayıcı qurğularla mübarizə sahəsinə aiddir.

“Dünən hökumət iclasında NATO ilə yeni müqavilənin imzalanmasına qərar verildi. Bu müqavilənin imzalanması ilə biz ərazilərimizi partlayıcı qurğulardan təmizləmək üçün əlavə maliyyə fondu əldə edə biləcəyik”, - deyə Komisarov əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin