NATO rəsmisi: “Siyasi danışıqlarda “Taliban” da rol sahibi ola bilər”

2018/08/maxresdefault_1535616226.jpg
Oxunub: 3322     16:07     30 Avqust 2018    
“İndi artıq “Taliban” göstərməlidir ki, onlar həqiqətən də Əfqanıstanın stabilliyini və ölkə daxilində sülhün bərqərar olmasını istəyirlər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun Əfqanıstan nümayəndəsi Korneliyus Zimmerman səsləndirib.

O qeyd edib ki, “Taliban” məsələnin müharibə ilə həll edilməyəcəyini anlamalı və probleminin siyasi olaraq həll edilməsinə çalışmalıdır.

“Əfqanıstan cəmiyyəti daxilində sülh üçün olduqca şiddətli tələblər mövcuddur. “Taliban” bunu başa düşməlidi və müharibədə qələbə əldə edə bilməyəcəyini qəbul etməlidir. Bu halda onlar siyasi danışıqlarda hansısa rol əldə edə bilərlər”, - deyə Zimmerman vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin