Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun mətbuat katibinin kömkçisi Dilan Vayt səsləndirib.
O bildirib ki, Rusiya Soyuq Müharibə dövründən sonrakı ən böyük hərbi təlimlərini keçirməyi planlaşdırması onun böyük münaqişəyə fokuslandığını göstərir.
Qeyd edək ki, “Vostok 2018” hərbi təlimlərində Rusiyanın Mərkəz və Cənub Hərbi Dairəsindən olan 300 mindən çox əsgər iştirak edəcək. Eyni zamanda Çin də bu təlimlərə 3200 əsgər və 900 hərbi texnika göndərəcək.
Ağalar Ağalarlı
Ordu.az