Pentaqon: ABŞ-ın Koreya yarımadası ilə bağlı doktrinası dəyişməyib

2018/08/dana-white-pentagon-spokesperson-26283535318_3c5754db6d_o-1170x610_1535607374.jpg
Oxunub: 1943     13:34     30 Avqust 2018    
“ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında baş tutan tarixi görüşdən sonra da, Birləşmiş Ştatların Koreya yarımadası ilə bağlı mövqeyində dəyişiklik baş verməyib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Vayt bəyan edib.

Vayt məsələ ilə bağlı yayılan söz-söhbətlərə son qoymaq üçün özünün rəsmi “Twitter” hesabından açıqlama verib.

“Hansısa gələcək təlimi dondurmaqla bağlı qərar verilməyib. Pentaqon diplomatlarımızın daha etibarlı və qərarlı danışıqlar həyata keçirməsinə və Koreya yarımadasının nüvəsizləşdirilməsini tamamlaya bilmələrinə görə sadəcə üç hərbi təlimi dayandırıb”, - deyə Vayt qeyd edib.

O bildirib ki, Cənubi Koreya ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olaraq qalır və buradakı ABŞ qüvvələri də hələ də yüksək hazır vəziyyətdədirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin