Çin Haynanda yeni raket bazası inşa edir - FOTO

2018/08/40265994_244418439592790_5452456906348036096_n_1535565686.jpg
Oxunub: 2654     01:46     30 Avqust 2018    
Yeni yayımlanmış peyk görüntülərində Çin Xalq Azadlıq Ordusunun öz Raket Qüvvələri üçün Haynan adasında yeni raket bazası tikdiyi aydın olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bazada yeddi mərtəbəli barakların, altı ədəd qarajın və əlavə üç administrativ binanın tikildiyi bildirilir.

Çinin uzaq cənub qurtaracağında, Cənubi Çin dənizində yerləşən Haynan adasında inşaat işlərinin ötən il başladığı və bazanın 2018-ci ilin sonlarına qədər yekunlaşacağı ehtimal edilir.

İddia edilir ki, Çin ordusu burada DF-31AG qitələrarası ballistik raketlərini yerləşdirəcək. 2017-ci il iyulun 30-da baş tutmuş paradda nümayiş etdirilən DF-31AG DF-31A raketlərinin yenilənmiş versiyasıdır. Yeni versiyada raketin mənzili artırılaraq 12000+ kilometrə çatdırılıb.

2015-ci il sentyabrın 3-də Pekində baş tutmuş Qələbə Günü paradında nümayiş etdirilən DF-26 raketinin də bazada yerləşdirilə biləcəyi istisna edilmir. 4000 kilometr mənzilə sahib DF-26 həm ənənəvi, həm də nüvə başlığı daşıya bilir.



Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Raket-Bazası   Haynan  


Bizi "telegram"da izləyin