Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Sipər” adı verilən ləvazimat yüngüllüyü ilə fərqlənir.
Onun raket və təyyarə əleyhinə mərmilərə qarşı dayanıqlı olduğu və etibarlı müdafiə təmin etdiyi bildirilir.
“Sipər”in müdafiə sənayesində zirehli gödəkçə, növbətçi qüllə və tank zirehi kimi sahələrdə istifadəyə uyğun olduğu və yüngül olduğundan dolayı terrorla mübarizədə istifadə edilə biləcəyi söylənilir.
Məlumata görə, 250 qram ağırlığa malik bu material öz rəqibləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüngül və daha etibarlı müdafiə imkanına malikdir.
Ağalar Ağalarlı
Ordu.az