Pens və Qani Trampın Əfqanıstan strategiyasını müzakirə ediblər

2018/08/Ghani--Pence_1535548333.jpg
Oxunub: 3426     21:09     29 Avqust 2018    
Əfqanıstan prezidenti Əşrəf Qani ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə Donald Trampın Əfqanıstan strategiyasını müzakirə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon vasitəsilə əlaqə saxlayan rəsmilər Trampın Əfqanıstan və Cənubi Asiya strategiyasının son bir il ərzində əldə etdiyi nəticələri də nəzərdən keçiriblər.

Pens Birləşmiş Ştatlar və müttəfiqlərinin Əfqanıstan hökuməti və təhlükəsizlik qüvvələrinə göstərdiyi dəstəyin bundan sonra da davam edəcəyinə əmin edib.

Telefon danışığı barədə özünün “Twitter” hesabı vasitəsilə bəyanat yayan Əşrəf Qani isə müzakirə edilən mövzular arasında Əfqanıstanda qarşıdan gələn prezident və parlament seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsinin də olduğunu qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   ABŞ   Taliban  


Bizi "telegram"da izləyin