Ordu.az “Tolonews”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda deyilir ki, iki ölkədə olan nümayəndələr Moskvada gələcəkdə baş tuta biləcək danışıqlara iki ölkənin birgə rəhbərlik etmə perspektivini müzakirə ediblər.
Əfqanıstan Xarici İşlər nazirinin İdarəetmə və Resurslar üzrə köməkçisi Nasir Adişa bildirib ki, Əfqanıstan, Rusiya, Mərkəzi Asiya ölkələri və Əfqanstanın partyorlarından olan nümayəndə heyətləri belə bir sammitin vaxtının müəyyənləşdirilməsinə çalışırlar.
Qeyd edək ki, sentyabrın 4-ə planlaşdırılmış Moskva danışıqların dəvət edilən Əfqanıstan hökuməti belə bir danışıqlar prosesinə özünün rəhbərlik etməli olduğunu əsas göstərərək qatılmaqdan imtina edib.
Ağalar Ağalarlı
Ordu.az