Rusiya donanması Suriyada potensial ABŞ hücumuna qarşı hazırlıq görür

2018/08/78989_1535544953.jpg
Oxunub: 2261     20:18     29 Avqust 2018    
Rusiya Suriyada ABŞ-ın həyata keçirə biləcəyi raket hücumlarına cavab olaraq Qara dənizdəki filotiliyasını Suriya sahillərinə göndərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya donanmasının Baltik filotiliyasının komandiri Vladimir Valviyev bildirib.

O qeyd edib ki, ABŞ-ın USS “Ross” aviadaşıyıcısının Aralıq dənizindəki müəmmalı hərəkətlərinə cavab olaraq Rusiya özünün döyüş gəmilərini Suriya sahillərinə göndərəcək.

Belə ki, Rusiya göyərtəsində 28 ədəd “Tomahawk” qanadlı raketi daşıyan aviadaşıyıcının Suriyaya raket hücumu həyata keçirə biləcəyindən narahatdır.

Bu məqsədlə öz döyüş gəmilərini Suriya sahillərinə göndərən Rusiya bununla da həyata keçiriləcək potensial hücuma əngəl olmağı planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Suriya-böhranı   İdlib  


Bizi "telegram"da izləyin