“Taliban”ın vilayət rəhbəri məhv edilib

2018/08/کندهار-هوايي-بريد_1535539758.jpg
Oxunub: 4099     18:42     29 Avqust 2018    
“Taliban” hərakatının Alasay rayonuna təyin etdiyi rəhbəri və daha bir neçə “Taliban” üzvü məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər iddialar səsləndiriblər.

Məlumata görə, Kapisa vilayətinin şimal-şərqində koalisiya qüvvələri “Taliban” mövqelərinə aviazərbələr endiriblər. Hava hücumları zamanı qiyamçıların Alasay rayonuna təyin etdikləri lider də məhv edilənlər arasında olub.

İddialara görə, hücum zamanı sözügedən rəhbərlə yanaşı çox sayda qiyamçı da məhv edilib. Hələlik hərakat rəhbəriyi məsələ ilə bağlı açıqlama verməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin