Çin Əfqanıstanda hərbi baza tikməsinə dair iddiaları təkzib edib

2018/08/158477846846_1535537610.jpg
Oxunub: 4075     18:08     29 Avqust 2018    
Çin Xarici İşlər Nazirliyi Pekinin Əfqanıstanda hərbi baza tikməsinə dair yayılan iddiaları təkzib edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Nazirlik sözçüsü Çunyionq iddiaların heç bir gerçək əsasa söykənmədiyini bildirib.

Qeyd edək ki, dünən gecə yayılan xəbərlərdə Çinin Əfqanıstanda terrorla mübarizə məqsədilə hərbi baza inşa etdiyi iddia olunub.

Bu ilin fevral ayında isə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Məhəmməd Radmaneş iki ölkə rəsmilərinin Vaxan dəhlizində baza inşasını müzakirə etdiklərini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin