ABŞ Hasakada raketdən müdafiə sistemləri formalaşdıra bilər

2018/08/1061836353_1535533916.jpg
Oxunub: 1926     17:54     29 Avqust 2018    
Pentaqon Suriyanın şimal-qərbində raketdən müdafiə sistemləri yerləşdirməyi planlaşdırır.

Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Suriyanın Deyr Əz-Zordakı hərbi birliklərinin komandiri Fayəz Əsmər bildirib.

O qeyd edib ki, bununla da ABŞ bölgədə Suriya və İran tərəfindən həyata keçirilən anti-terror əməliyyatlarına qarşı PKK-nı müdafiə etməyi planlaşdırır.

“ABŞ ölkənin şimal-qərbində Hasaka və Rmelan bölgələrində bir neçə raketdən müdafiə sistemləri yerləşdirəcək. Pentaqon bununla da Suriyanın və İranın PKK-ya qarşı həyata keçirəcəyi əməliyyatlara əngəl olmağı hədəfləyir. Bölgədə terrorla mübarizənin qarşısındakı ən ciddi maneə ABŞ-ın mövcudluğudur”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hasaka   RƏM   PKK  


Bizi "telegram"da izləyin