KQ-nin nə qədər xərc tələb etdiyi ilə bağlı heç bir ideya yoxdur

2018/08/4682674_1535533786.jpg
Oxunub: 3136     17:08     29 Avqust 2018    
Pentaqon ABŞ ordusu daxilində yaradılan 6-cı komandanlıq Kosmik Qüvələrin formalaşdırılmasının nə qədər maliyyə tələb etdiyini müəyyənləşdirməyə çalışır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri Ceyms Mettis ötən gün veridiyi mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, Kosmik Qüvvələr formalaşdırılması üçün nə qədər xərc tələb edildiyi ilə bağlı maliyyə hesablama qrupu formalaşdırılıb.

“Düzünü desək, hələlik heç xərclərin proqnozlaşdırılması ilə bağlı heç bir ideya yoxdur. Lakin biz bununla bağlı artıq rəsmi heyət formalaşdırmışıq. Açığı hələlik Kosmik Qüvvələr komandanlığının formalaşdırılması azı 4-5 ay çəkəcək və o müddət ərzində maliyyə hesabatları müəyyənləşdiriləcək”, - deyə Mettis bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KQ   Pentaqon  


Bizi "telegram"da izləyin