Ukrayna HDD rəhbəri: “Ukrayna Azovdakı mövcudluğunu yüksəldəcək”

2018/08/1532692447-2831_1535533468.jpg
Oxunub: 1580     17:12     29 Avqust 2018    
“Ukrayna donanmasının Azov dənizindəki qüvvələri daha da artırılacaq və bu qüvvələr bölgədən gələcək potensial təhdidlərə qarşı döyüş hazırlığı vəziyyətində saxlanılacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəhbəri vitse-admiral İqor Voronçenko bildirib.

O qeyd edib ki, son dövrlərdə Qara dənizdə həyata keçirilən hərbi təlimlər Ukrayna donanmasının döyüş hazırlığını daha da artıraraq onu çətin missiyalara hazır vəziyyətə gətirib.

“Ukrayna donanmasını istənilən döyüş tapşırığını maksimum şəkildə yerinə yetirmək iqtidarındadır. Azovdan gələn potensial təhdidlərə qarşı da lazım gəlsə öz gücündən istifadə edəcək. Bu məqsədlə Azov dənizindəki hərbi qüvvələrin sayı artırılacaq. Bu il ərzində bölgəyə daha 3 döyüş gəmisinin göndərilməsini planlaşdırırıq”, - deyə o əlavə edib.

Dəyanət Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin