“Britaniya kosmik müharibə təhdidlərinə qarşı tək mübarizə aparacaq” - Vilyamson

2018/08/Galileo-1009917_1535532920.jpg
Oxunub: 3565     17:53     29 Avqust 2018    
Böyük Britaniya post-brexit dövründə bütün sahələrdə olduğu kimi kosmik müharibə təhdidlərinə qarşı da təkbaşına mübarizə aparmalıdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Böyük Britaniya Müdafiə naziri Qavin Vilyamson bildirib.

O qeyd edib ki, bunun üçün artıq ilkin mərhələdə 92 milyon funtsterlinq dəyərindəki ilk müstəil kosmik layihə ilə bağlı qərar qəbul edilib.

“Kosmik təhlükələrə qarşı kifayət qədər hazırlıqlı olduğumuzu deyə bilərəm, lakin bundan sonra biz bu məsələni təkbaşına həll etməliyik. Artıq Avropa İttifaqının Qalileyo kosmik peyk sistemindən kənardayıq və güvənə biləcəyimiz dəstəkçimiz yoxdur”, - deyə o, əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kosmik-müharibə  


Bizi "telegram"da izləyin