Husilər Cəvfdə Səudiyyə hərbi texnikasını məhv edib

2018/08/56_1535532757.jpg
Oxunub: 1993     16:51     29 Avqust 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Cəvf vilayətindəki krallıq hərbi qüvvələrinə raket hücumu edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qiyamçılara yaxın mənbənin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, endirilən raket zərbəsi ilə bölgənin Əl-Mətun yaşayış məntəqəsi yaxınlığındakı Səudiyyə hərbi qüvvələri hədəf alınıb.

Məlumata əsasən, hücum zamanı Səudiyyə Ərəbistanına məxsus döyüş texnikası yararsız hala salınıb. Döyüş vasitəsinin içərisindəki heyət üzvlərinin hamısı həlak olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin